İngiltərə

Slot “Liverpul”un tarixinə düşdü

“Liverpul”un baş məşqçisi Arne Slot klubun tarixinə düşüb.

Aut.az xəbər verir ki, o, “qırmızılar”la ilk 9 matçın 8-də qalib gələn ilk mütəxəssis olub.

Niderlandlı məşqçi buna komandasının Çempionlar Liqasında “Bolonya”ya 2:0 hesabı ilə qalib gəlməsi ilə nail olub. Slot Premyer Liqada 5, Çempionlar Liqasında 2 qələbəsi, İngiltərə Liqa Kubokunda 1 qələbə qazanıb.

Qeyd edək ki, 45 yaşlı mütəxəssis bu yaydan “Liverpul”a rəhbərlik edir. O, bu postda Yurgen Kloppu əvəzləyib.

Aut.az