İtaliya

“Roma”nın yeni baş məşqçisi o olacaq

Xorvatiyalı mütəxəssis İvan Yuriç İtaliya “Roma”sının yeni baş məşqçisi olacaq.

Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Nikolo Skira məlumat verib.

Mənbənin sözlərinə görə, məşqçinin klubla müqaviləsi 2025-ci ilin iyun ayına qədər davam edəcək və “Roma” Çempionlar Liqasına qatılacağı təqdirdə avtomatik olaraq uzadılması mümkündür.

Bu gün, sentyabrın 18-də İtaliya klubu baş məşqçi Daniele De Rossinin istefaya göndərildiyini açıqlayıb. “Roma” 2024/2025 mövsümü üçün İtaliya çempionatının turnir cədvəlində 16-cı yerdədir. Komanda dörd görüşdən üç xal toplayıb.

49 yaşlı İvan Yuriçin əvvəlki iş yeri İtaliyanın “Torino” klubu olub.

Aut.az