Uşağın ölümünə səbəb olan futbolçunun qaçışı bitdi: Cəzasını çəkəcək
PSV-nin sabiq futbolçusu Ray Vlut həbsxanaya düşəcək.
Aut.az xəbər verir ki, o, sərxoş halda ölümlə nəticələnən qəzaya görə cəzalandırılacaq.
2021-ci ilin noyabr 14-də artıq “Herakl”da çıxış edərkən Vlut ciddi qəza törədib. O, sərxoş vəziyyətdə avtomobili 200 km/saat sürətlə idarə edərək, içərisində 4 nəfərlik ailənin olduğu nəqliyyat vasitəsinə çırpılıb.
Hadisə nəticəsində dörd yaşlı uşaq dünyasını dəyişib. Qəza zamanı Vlutun qanında 1,18 ppm spirt olduğu aşkarlanıb.
Əvvəlcə 29 yaşlı yarımmüdafiəçi özünü təqsirli bilməyib və futbolçu karyerasını Qazaxıstanda, “Astana”da davam etdirib. 2023-cü ilin aprelində məhkəmə onun işi üzrə hökm çıxarıb. Futbolçu 2,5 il müddətinə azadlıqdan məhrum edilib.
Bu qərarın açıqlandığı vaxt futbolçu Rusiyanın “Ural” klubunda çıxış etdiyi üçün Niderland həbsxanasına düşməyib. Bununla belə, o, bu yaxınlarda klubu tərk edib. O, uzun qaçışdan sonra dəmir barmaqlıqlar arxasında cəzasını çəkəcək. Bu barədə “Algemeen” məlumat yayıb.
Qeyd edək ki, yarımmüdafiəçi ilk futbol addımlarını PSV-nin gənclərdən ibarət komandalarında atıb. Daha sonra “NAC Breda”, “Frosinone”, “Sent-Triuden”, “Astana” və “Ekselsior” klublarında oynayıb.
Aut.az
