Qaydasız döyüş

UFC tarixindəki ən yaxşı dörd döyüşçünün adını açıqladı

UFC prezidenti Dana Uayt təşkilat tarixinin ən yaxşı dörd döyüşçünün siyahısını hazırlayıb .

Aut.az xəbər verir ki, o, seçimini amerikalılar Con Cons və Ronda Ruzi, kanadalı Corces-Sent-Pyer və irlandiyalı Konor Makqreqordan yana edib:

“Mən mütləq Con Consu deyəcəyəm. Növbəti sırada Ronda Ruzi var. Çünki o olmasaydı, qadınlar UFC-də döyüşməzdilər. Corces-Sent-Pyeri seçmədən edə bilməzsiniz. Və Konor Makqreqor. O, MMA-i dəyişdi və qlobal səviyyəyə qaldırdı”, – deyə Uayt ESPN-ə müsahibəsində bildirib.

Aut.az