Rüdiger bu işarəyə görə millidən getmək istəyirmiş – FOTO
Almaniya millisinin müdafiəçisi Antonio Rüdiger 6 ay əvvəl milli komandanı tərk etməyi planlaşdırıb.
Aut.az xəbər verir ki, bu qərara səbəb İslamda Allahın birliyini simvolizə edən şəhadət barmağını yuxarıya doğru uzatdığı fotoya görə sosial şəbəkələrdə tənqid edilməsi olub. Bu barədə “Bild” məlumat yayıb.
Qeyd olunur ki, baş məşqçi Yulian Naqelsmann “Real”in müdafiəçisinin fikrini çətinliklə olsa dəyişə bilib. Bu səbəbdən Rüdigeri milli komandanın vitse-kapitanı təyin edib. Bunla onun əhəmiyyətini və etibarını nümayiş etdirib.
.jpg?v1726049911)
