İsrail bombaladı: Futbolçu və bütün ailəsi həlak oldu
Fələstinli futbolçu Həmdi Lubbad Qəzza zolağında öldürülüb.
Aut.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. İdmançı mənzilində olarkən İsrailin atəşinin qurbanı olub.
Futbolçu ilə yanaşı, həyat yoldaşı və dörd qızı da dünyasını dəyişib.
Lubbad “Əl-Yarmuk” klubunda oynayıb, daha əvvəl isə “İttihad Deyr Əl-Balah”da çıxış edib.
Aut.az
