Dünya futbolu

Braziliyalılar sabiq “Yunayted”lini hədəfə aldılar

Braziliyanın “Flamenqo” klubunun nümayəndələri fransalı hücumçu Antoni Martialla əlaqə saxlayıb.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, 28 yaşlı futbolçu “Mançester Yunayted”dən ayrıldıqdan sonra karyerasını davam etdirmək üçün bir neçə variantı nəzərdən keçirir. O, hazırda azad agent statusuna sahibdir.

2023/24 mövsümündə Antoni Marsial MY-nin heyətində 19 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə edib. “Transfermarkt” oyunçunun dəyərini 10 milyon avro qiymətləndirir.

Qeyd edək ki, İtaliyanın “Komo” klubunun Marsial ilə maraqlandığı iddia edilir.

Aut.az