“France Football” nəşri “Qızıl top”a 30 namizədin siyahısını dərc edib.
Aut.az xəbər verir ki, Mükafat 2023/24 mövsümünün sonunda dünyanın ən yaxşı futbolçusuna təqdim olunacaq. 2003-cü ildən bəri ilk dəfə hücumçular Kriştiano Ronaldo (“Əl-Nəsr”, Portuqaliya millisi) və Lionel Messi (“İnter Mayami”, Argentina millisi) namizədlər arasında yer almayıb.
Qeyd edək ki, Mükafatların təqdimetmə mərasimi oktyabrın 28-də Parisin “Chatelet” Teatrında baş tutacaq.
“Ballon d’Or”a namizədlərin siyahısına belədir:
Cud Bellinqhem, Kilian Mbappe, Vinisius Junior, Toni Kroos (karyerasını bitirib), Antonio Rudiger, Federiko Valverde, Daniel Karvaxal (hamısı “Real”), Ruben Dias, Erlin Haaland, Fil Foden, Rodri (hamısı “Mançester Siti”), Emiliano Martinez (“Aston Villa”) ), Niko Uilyams (“Atletik”), Qranit Caka, Florian Virts, Aleks Qrimaldo (hamısı “Bayer Leverkuzen”), Artem Dovbik (“Jirona”/”Roma”) , Mats Hummels (“Borussia Dortmund”/”Roma”), Dani Olmo (“Leypsiq”/”Barselona”), Lamin Yamal (“Barselona”), Harri Keyn (“Bavariya”) , Vitinya (PSJ), Koul Palmer (“Çelsi”)
Aut.az