Müqaviləni uzatmaq istəyirlər, amma maaş artmayacaq – Razı olacaq?
Turin “Yuventus”u hücumçusu Duşan Vlahoviçə yaxşılaşdırılmış müqavilə təklif etmək niyyətindədir.
Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Mənbənin məlumatına görə, klub iki ildən sonra başa çatacaq müqaviləni uzatmaq istəyir. Bildirilir ki, “Yuventus” futbolçunu 2028-ci ilin yayına qədər saxlamaq istəyir, lakin klub maaşları artırmaq niyyətində deyil.
Onunla müqavilənin uzadılmasının təşəbbüskarlarından birinin komandanın baş məşqçisi Tiaqo Motta olduğu vurğulanır.
Vlahoviç 2022-ci ilin qışında “Fiorentina”dan “Yuventus”a keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 104 matçda iştirak edib, 43 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 65 milyon avrodur.
Aut.az
