Usik çempionluq kəmərini niyə Zelenskiyə verib? – FOTO
Boksçu Aleksandr Usik bu yaxınlarda Ukrayna prezidenti Vladimir Zelenskiyə WBC ağır çəki dərəcəsində titulunu təqdim edib.
“Mən ona kəmər verdim. Zelenski 2-3 gün (müstəqillik günü ərəfəsində) idmançılara hədiyyələr verdi. Amma heç kim ona heç nə vermir, sadəcə ondan alırlar.
Mən bunu etmək qərarına gəldim və ona kəmər verdim. O, bizim döyüşçümüzdür, qoy kəmərə o sahib olsun”, – Usik bildirib.
Usik bu titulunu Tayson Fyuri ilə dueldə qazanıb və mütləq çempion olub.

Aut.az
