UEFA Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” bu gün pley-off mərhələsinin cavab oyununda meydana çıxacaq.
Aut.az xəbər verir ki, Azərbaycan çempionu Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə üz-üzə gələcək.
Bu komandalar arasındakı ilk görüş Zaqrebdə baş tutub və Ağdam təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə nəticələnib.
Bu görüşə təmsilçimiz ciddi itki ilə çıxacaq. Komandanın “maestro”su Marko Yankoviç zədə səbəbindən matçı tribunadan izləyəcək. Onun cinah müdafiəçisi olan həmyerlisi Marko Yankoviçin durumuna isə oyun saatında aydınlıq gələcək.
Tofiq Bəhramov adın Respublika Stadionunda keçiriləcək və start fiti saat 20:45-də veriləcək görüşü ingiltərəli tanınmış hakim Maykl Oliverin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
UEFA Çempionlar Liqası: Pley-off mərhələsi, cavab oyunu
28 avqust
20:45 Qarabağ – Dinamo (Zaqreb 0:2
Qollar: Pyatsa, 32. Silva, 54-öz qapısına.
İlk oyun – 0:3.
Baş hakim: Maykl Oliver (İngiltərə).
Tofiq Bəhramov adına Respublika stadionu.
Qarabağ”: 99. Mateus Koxalski, 2. Mateus Silva, 6. Julio Romao, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Juninyo, 44. Elvin Cəfərquliyev, 66. Patrik Andrade, 81. Kevin Medina
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 97. Fabian Buntiç, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 20. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə
“Dinamo”: 33. İvan Nevistiç, 3. Takuya Oqivara, 9. Bruno Petkoviç (k), 10. Martin Baturina, 13. Semi Mmae, 17. Sandro Kulenoviç, 18. Ronael Pyere-Qabriel, 20. Marko Pyaça, 25. Peter Suçiç, 27. Yosip Mişiç, 28. Kevi Teofile-Katerin
Ehtiyat oyunçular: 1. Daniel Zaqoraç, 23. İvan Filipoviç, 4. Raul Torrente, 6. Maksim Bernauer, 7. Luka Stoykoviç, 8. Lukas Kaçavenda, 11. Arber Hoxa, 19. Xuan Kordoba, 30. Marko Roq, 36. Luka Vrbançiç, 66. Branko Paviç, 77. Dario Şpikiç