Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.
Aut.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da yeni mövsümdə ilk rəsmi matçına çıxıb.
Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin yeni mövsümündəki ilk sınağında Cəbəllüttariq çempionu “Linkoln”un qonağı olub.
“Qarabağ” ÇL-in ötən mövsümündə də bu komanda ilə üz-üzə gəlmiş və səfərdə 2:1, evdə isə 4:0 hesabıyla qalib gələrək mərhələ adlamışdı.
Bu dəfə isə Ağdam təmsilçisi səfərdə 2 cavabsız qolla qalib gəlib.
Bu komandalar arasındakı cavab matçı iyulun 30-da Bakıda keçiriləcək.
UEFA Çempionlar Liqası: 2-ci təsnifat mərhələsi, (ilk oyun)
23 iyul
20:00 Linkoln – Qarabağ 0:2
Qolllar: Juninyo, 45+2, Toral Bayramov 75
Baş hakim: İştvan Vad (Macarıstan)
Cəbəllütariq, “Europa point stadium”
Linkoln: 1. Nauset Santana, 6. Bernardo Lopes, 10. Andre Tjey de Barr, 11. Culian Valerino, 15. Rafael Munyos, 18. Toni, 20. İtan Britto, 21. Nano, 22. Qrem Torilya, 23. Co, 24. Con Sarcent.
Ehtiyat oyunçular: Villanueva, Hankins, Ayeş, Yahaya, Qomez, Martin, Klinton, Cid, Çiortino, Burnet, Villakanas.
Baş məşqçi: Xavyer Munyos.
Qarabağ: 97. Fabiyan Buntiç, 27. Toral Bayramov, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 8. Marko Yanukoviç, 6. Julio Romao, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olaviyo Juninyo.
Ehtiyat oyunçular: 1.Şahruddin Məhəmmədəliyev, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 2.Mateus Silva, 20. Riçard Almeyda, 24.Aleksey İsayev, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.