Digər

Trampa sui-qəsdin qurbanlarına bu qədər yardım etdi

UFC rəhbəri Dana Uayt ABŞ-ın keçmiş prezidenti Donald Trampa hücumun qurbanlarına ianə edib.

Aut.az xəbər verir ki, “Daily Wire”ın məlumatına görə, məbləğ 50 min dollar olub.

İyulun 14-də  Tramp Pensilvaniyada seçki kampaniyası zamanı çıxışı edərkən güllələnib. ABŞ-ın keçmiş prezidenti mitinqi qulağı qanlı tərk edib.

Sui-qəsd nəticəsində bir nəfər həlak olub. Tramp da daxil olmaqla üç nəfər yaralanıb.

Aut.az