Mahir Emreli “Dinamo”ya lazım leyil?
“Dinamo Zaqreb” klubu Azərbaycan millisinin futbolçusu Mahir Emrelini Avstriyadakı təlim-məşq toplanışına aparmayacaq.
Aut.az xəbər verir ki, 27 yaşlı hücumçu ilə yanaşı Moreno Zivkoviç və Qabriel Rukavinanın da hazırlıq prosesində iştirakı gözlənilmir. Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
Qeyd edək ki, 2022-ci ildən “Dinamo”da çıxış edən Mahir Emrelinin klubla müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
Aut.az
