Şahmat

Qrossmeyster faciəvi şəkildə öldü: Oyun vaxtı…

Qrossmeyster Ziaur Rəhman faciəvi şəkildə vəfat edib.

Aut.az xəbər verir ki, hadisə bu gün – Banqladeşin paytaxtı Dəkkədə keçirilən şahmat üzrə ölkə çempionatında baş verib

50 yaşlı şahmatçı 12-ci turda Enamul Hossayn Raciblə qarşılaşma zamanı güclü infarkt keçirib. Təcili xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Rəhman 1988-2018-ci illər arasında 15 dəfə Banqladeş şahmat tacını qazanıb. 2002-ci ildə ölkənin ikinci qrossmeysteri olub.

Aut.az