Avropa Çempionatı

“Avro-2024-nün iki ən yaxşı komandası qarşılaşacaq”

Almaniya millisinin müdafiəçisi Antonio Rudiger İspaniya ilə Avropa çempionatının 1/4 final matçı ilə bağlı gözləntilərini bölüşüb.

Aut.az xəbər verir ki, o, bu sözləri deyib:

“Bu, böyük və vacib oyundur. Klassik oyundur. Bu görüşü səbirsizliklə gözləyirəm. Fikrimcə, turnirin iki ən yaxşı komandası üz-üzə gələcək. Mən oyunu bərabər görürəm. Döyüşməyə hazır olmalıyıq.

İrəli getmək üçün cəsarətimiz olmalıdır, çünki onlar da həssasdırlar. Yüksək pressinq edirlər, bunun öhdəsindən gəlmək olar. Amma bunun üçün topa yaxşı yanaşmalı və stresli vəziyyətlərdə sakit olmalıyıq. Biz səhv edə bilmərik”.

Qeyd edək ki, İspaniya və Almaniya iyulun 5-də üz-üzə gələcək.

Aut.az