Mer Sena çayında üzməyi təxirə saldı
Paris meri Ann Hidalqo Sena çayında üzməsinin vaxtını dəyişdirib.
Aut.az xəbər verir ki, bundan əvvəl siyasətçi iyunun 23-də çayda çiməcəyini vəd etmişdi. İndi o, tədbirin 15, 16 və ya 17 iyulda baş tutacağını açıqlayıb.
Hidalqo təxirəsalmanı Fransa parlamentinə seçkilərlə izah edib.
Suyun keyfiyyətsizliyi səbəbindən Sena çayında üzmək qadağandır. Çayın 2024-cü il Olimpiadası üçün vaxtında təmizlənəcəyi və Oyunlarda bir neçə su yarışına ev sahibliyi edəcəyi gözlənilir.
Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Aut.az
