Bu gün ABŞ-da Kopa Amerika turnirinə start veriləcək.
Aut.az xəbər verir ki, Şimali və Cənubi Amerikadan ümumilikdə 16 iştirakçı qalib adı altında mübarizə aparacaq.
Bu gecə start götürəcək sayca 48-ci turnir iyulun 14-ə kimi davam edəcək. Maraqlıdır ki, cəmi 32 matçdan ibarət olacaq turnirin oyunları 14 şəhərdə baş tutacaq.
Kopa Amerikanın son qalibi Braziliya millisi olsa da, tuniri hamıdan çox iki komanda – Argentina və Uruqvay qazanıb – 15 dəfə. “Sambaçılar” isə bu göstəricidə üçüncüdür – 9 dəfə.
Qeyd edək ki, nüfuzlu yarış Azərbaycanda yayımlanmayacaq.
Kopa Amerika 2024
A qrupu: Argentina, Peru, Çili, Kanada
B qrupu: Meksika, Ekvador, Venesuela, Yamayka
C qrupu: ABŞ, Uruqvay, Panama, Boliviya
D qrupu: Braziliya, Kolumbiya , Paraqvay, Kosta Rika
TƏQVİM
Qrup mərhələsi, 1-ci tur
21 iyun
04:00 Argentina – Kanada
22 iyun
04:00 Peru – Çili
23 iyun
02:00 Ekvador – Venesuela
05:00 Meksika – Yamayka
24 iyun
02:00 ABŞ – Boliviya
05:00 Uruqvay – Panama
25 iyun
02:00 Kolumbiya – Paraqvay
05:00 Braziliya – Kosta Rika
Qrup mərhələsi, 2-ci tur
26 iyun
02:00 Peru – Kanada
05:00 Çili – Argentina
27 iyun
02:00 Ekvador – Yamayka
05:00 Venesuela – Meksika
28 iyun
02:00 Panama – ABŞ
05:00 Uruqvay – Boliviya
29 iyun
02:00 Kolumbiya – Kosta Rika
05:00 Paraqvay – Braziliya
Qrup mərhələsi, 3-cü tur
30 iyun
04:00 Kanada – Çili
04:00 Argentina – Peru
1 iyul
04:00 Yamayka – Venesuela
04:00 Meksika – Ekvador
2 iyul
05:00 Boliviya – Panama
05:00 ABŞ – Uruqvay
3 iyul
05:00 Kosta Rika – Paraqvay
05:00 Braziliya – Kolumbiya
1/4 final mərhələsi
5 iyul
05:00 1A – 2B DF1
6 iyul
05:00 1B – 2A DF2
7 iyul
02:00 1D – 2C DF4
05:00 1C – 2D DF3
1/2 final
10 iyul
04:00 DF1 – DF2
11 iyul
04:00 DF3 – DF4
3-cü yer uğrunda oyun
14 iyul, 04:00
Final
15 iyul, 04:00