Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti sınağına çıxıb.
Aut.az xəbər verir ki, millimiz bu dəfə Qazaxıstan yığmasıyla qarşılaşıb.
Macarıstanın Sombatxey şəhərinin “Haladas SportKomplexum” stadionunda keçirilən oyunu yerli hakimlər briqadası idarə edib.
Beş qolun qeydə alındığı oyun millimizin əzmkar qələbəsiylə yekunlaşıb. 0:2 hesabıyla məğlub duruma düşməsinə baxmayaraq, ardıcıl 3 qol vuran futbolçularımız bu toplanışı qalibiyyətlə yekunlaşdırıblar.
Xatırladaq ki, Arif Əsədovun rəhbərlik etdiyi yığmamız bir neçə gün öncə eyni məkanda Albaniya ilə qarşılaşmış və 1:3 hesabıyla uduzmuşdu.
Qeyd edək ki, Azərbaycan millisi Macarıstandakı ilk yoldaşlıq oyununda Albaniyaya 1:3 hesabı ilə uduzub.
Yoldaşlıq oyunu
11 iyun
18:00 Azərbaycan – Qazaxıstan 3:2
Qollar: Mahir Emreli 42, Emin Mahmudov 51 (p), Toral Bayramov 72 – Voroqovski 2, Somorodov 29
Azərbaycan milli komandası bu gün yoxlama matçında Qazaxıstan seçməsi ilə üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, komandalar Bakı vaxtilə saat 18:00-da start götürəcək qarşılaşmaya aşağıdakı heyətlərlə çıxacaq:
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Amin Seydiyev, 15. Bədavi Hüseynov, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 16. Elvin Camalov, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev
Baş məşqçi: Arif Əsədov
Qazaxıstan: 1. Aleksandr Zarutski, 11. Yan Voroqovskiy, 3. Nurali Alip, 22. Aleksandr Maroçkin, 24. Alibek Kassim, 4. Marat Bıstrov, 8. Aşkat Taqibergen (k), 18. Adilet Sadibekov, 7. Ramazan Orazov, 10. Maksim Samorodov, 17. Abat Aimbetov
Baş məşqçi: Ruslan Baltiev
“Haladas SportKomplexum”, Sombatxey