ÇL-in ən yaxşı qolu: Azarkeşlər “Qlatasaray”lıya səs verdilər – VİDEO
Çempionlar Liqası 2023/24 mövsümündə azarkeşlərin seçdiyi ən yaxşı qolları açıqlayıb.
Aut.az xəbər verir ki, daha əvvəl bir qrup ekspert 10 ən yaxşı qolu seçib. Bu siyahıda birinci yeri “Real”ın yarımmüdafiəçisi Federiko Valverdenin “Mançester Siti”yə vurduğu qol tutub.
Azarkeşlərin səsverməsində Valverde ikinci yerdə qərarlaşıb. Onun qolu “Qalatasaray”ın futbolçusu Tetenin “Kopenhagen”ə vurduğu qoldan geri qalıb. Tetenin qolu rəsmi reytinqdə 9-cu olub.
Fil Fodenin 1/4 finalda “Real”a vurduğu qol azarkeşlər tərəfindən 3-cü yerə layiq görülüb. Rəsmi reytinqdə bu top 4-cü yeri tutub.
Aut.az
