Azərbaycan futbolu

“Turan Tovuz” legionerini komandada saxladı

“Turan Tovuz” Emmanuel Hakmanla müqavilə müddətini artırıb.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, toqolu müdafiəçi 2024/2025 mövsümünün sonuna qədər bölgə klubuna məxsus olacaq.

Hakman ötən mövsümün əvvəlindən “Turan Tovuz”da oynayır. Klub Şəhriyar Əliyev və Aleks Souza ilə də müqavilə müddətini artırıb.