Fransız barbarlığı: Olimpiya məşəlinə belə hörmət etmirlər
Fransanın daxili işlər naziri Gerald Darmanin qurumunun bu həftə Olimpiya məşəlinin estafetinə müdaxilə etmək üçün 23 cəhdin qarşısını aldığını bildirib.
Aut.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında məlumat verib:
“Daxili İşlər Nazirliyinin diqqətli hazırlığı və sayıqlığı sayəsində bu həftə Olimpiya məşəlinin estafetinə mane olmaq üçün 23 cəhdin qarşısı alınıb”.
Qeyd edək ki, Olimpiya məşəli mayın 8-də Marselə gəlib. Onu qarşılama mərasimi əsnasında təhlükəsizlik təxminən 6 min polis və jandarma nəfərləri tərəfindən təmin edilib.
Fransa boyu marafon 2 aydan çox davam edəcək və iyulun 26-da Olimpiya Oyunlarının açılış mərasimində əsas məşəlinin alovlanması ilə başa çatacaq.
Aut.az
