İspaniya

Xavi bu suala sərt reaksiya verdi: Soruşmayın

“Barselona”nın baş məşqçisi Xavi jurnalistin icarə əsasında “Brayton”da çıxış edən Ansu Fatinin gələcəyi ilə bağlı sualından narazı qalıb.

Aut.az xəbər verir ki, Xavi bu suala sərt reaksiya verib.

“Artıq məndən burada olmayan oyunçular üçün planlar barədə soruşmayın. Hər şey mövsümün sonundan və düşəcəyimiz vəziyyətdən asılı olacaq”, – jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində Xavinin sözlərini sitat gətirib.

Xatırladaq ki, bundan əvvəl mətbuatda Fatinin yenidən “Barselona”ya qayıtmaq və heyətdə yer almaq üçün mübarizə aparmaq əzmində olduğu haqda məlumatlar yayılmışdı.

Bu mövsüm ispaniyalı 28 matçda iştirak edib və dörd qol vurub və bir məhsuldar ötürmə verib.

Aut.az