Premyer Liqa klubu Lunyev üçün təklif göndərib?
“Qarabağ”ın və Rusiya millisinin 32 yaşlı qapıçısı Andrey Lunyevin meneceri Anton Smirnov müştərisinin “Rostov”un maraq dairəsinə düşməsi ilə bağlı iddialara münasibət bildirib.
Aut.az xəbər verir ki, Rusiya mətbuatına açıqlama verən Smirnov Premyer Liqa klubunun bu məsələ ilə bağlı onun əlaqə saxlamadığını bildirib: “Rostov”dan heç bir təklif gəlməyib”.
Bu mövsüm Lunyev “Qarabağ”ın heyətində bütün turnirlərdə 32 matçda iştirak edib.10 görüşdə qapısını toxunulmaz saxlayıb.
Futbolçunun Ağdam təçmsilçisi ilə müqaviləsi 2024-cü ilin iyununa kimidir.
