Almaniya

Bu komanda da Bundesliqaya vəsiqə qazandı

Almaniyanın “Sankt-Pauli” klubu Bundesliqaya qayıdıb.

Aut.az xəbər verir ki, komanda bu gün İkinci Bundesliqanın 33-cü turunun matçında “Osnabrük”ə qalib gəlib (3:1).

Mövsümün sonuna bir tur qalmış “Sankt Pauli”nin 66 xalı var və turnir cədvəlində birinci yerdədir.

Bundan əvvəl məlum olmuşdu ki, “Holşteyn” tarixində ilk dəfə gələn mövsüm Almaniya çempionatının yüksək divizionunda mübarizə aparacaq.

“Sankt Pauli” 2011-ci ildən bəri Bundesliqada olmayıb.

Aut.az