AUT.AZ

Rusiya və Belarusa tətbiq edilən qadağa uzadıldı

Beynəlxalq Basketbol Federasiyası (FIBA) Rusiya və Belarus yığmalarına tətbiq edilmiş qadağının müddətini uzadıb.

Aut.az xəbər verir ki, bu barədə Rusiya Basketbol Federasiyasının saytında məlumat verilib.

“RFB prezidenti Andrey Kirilenko FIBA-nın Mərkəzi Bürosunun iclasında iştirak edirdi, lakin FİBA qaydalarına əsasən, onun Rusiya və Belarusla bağlı bəzi məsələlərin müzakirəsində iştirak etmək hüququ yox idi. Beləliklə, qadağa  Mərkəzi Büronun 2024-cü ilin dekabrında keçiriləcək növbəti iclasına qədər uzadılıb”, – məlumatda deyilir.

Aut.az

Exit mobile version