AUT.AZ

Virts qərar verdi: 2025-ci ildə bu kluba keçəcək

“Bayer”in hücumameyilli yarımmüdafiəçisi Florian Virts bir sıra Avropa nəhənglərinin, ilk növbədə, “Bayern”in onunla maraqlanmasına baxmayaraq, yayda Leverkuzen klubunu tərk etməyəcək.

Aut.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində jurnalist Florian Plettenberq məlumat verib.

Mənbənin sözlərinə görə, 20 yaşlı futbolçu növbəti mövsümü də “asprinlər”də keçirməyə qərar verib. Virts bir mövsümdən sonra – 2025-ci ildə “Bayern-ə keçməyə isti yanaşır. Alman yarımmüdafiəçi Münhen klubunu ölkə xaricinə yollanmaq üçün Münhen klubunu pilləkən kimi görür.

Xatırladaq ki, bu mövsüm Virts bütün turnirlərdə 43 matçda iştirak edib, 17 qol vurub, 19 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt”a görə, futbolçunun bazar dəyəri 110 milyon avrodur.

Aut.az

Exit mobile version