AUT.AZ

Ukraynada danışılmış oyun: Araşdırma başladı

Aprelin 26-da Ukrayna Birinci Liqasının düşmə qrupunda 6-cı turun oyununda “Metallist” və “Kremin” komandaları qarşılaşıb.

Aut.az xəbər verir ki, oyun 2:1 hesabı ilə Xarkov klubunun xeyrinə başa çatıb.

Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinin məlumatına görə, matçın danışılmış olması tamamilə mümkündür. UAF artıq rəsmi yoxlamaya başlayıb:

“UAF-ın Etika və Ədalətli Oyun Komitəsinin rəhbəri Andrey Davidenko rəsmi idman yarışının nəticələrinə mümkün təsir (manipulyasiya) ilə bağlı araşdırmaya başlayıb.

Söhbət aprelin 26-da saat 12:30-da Ujqoroddakı “Avanqard” stadionunda başlayan “Metallist” və “Kremin” komandaları arasında keçirilən oyundan gedir. Qarşılaşma 2:1 hesabı ilə “Metalist” komandasının xeyrinə başa çatıb.

Hazırda lazımi məlumatlar toplanır, yoxlamanın nəticələri başa çatdıqdan sonra məlumat veriləcək”, – UAF-ın rəsmi saytında deyilir.

Aut.az

Exit mobile version