AUT.AZ

“Tülkülər” qayıtdı

Çempionşipin 45-ci turunda “Quins Park Reyncers” “Lids”i 4:0 hesabı ilə məğlub etdikdən sonra “Lester” ən azı ikinci yeri təmin edib.

Aut.az xəbər verir ki, beləliklə, “tülkülər” növbəti mövsümdə Premyer Liqada çıxış edəcək.

“Lester” İngiltərə Premyer Liqasının son mövsümünün nəticələrinə görə aşağı liqaya düşmüşdü.

Çempionşipdə ilk iki yeri tutan komandalar Premyer Liqaya vəsiqə əldə edir.

Üçüncü-altıncı yerləri tutan komandalar yarımfinal mərhələsindən başlayacaq pley-off oyunlarında iştirak edərək daha bir uğrunda oynayacaqlar.

44 turdan sonra “Lester” 94 xal toplayıb və birinci yerdədir. 45 oyundan sonra “Lids” 90 xal toplayıb və ikinci yerdədir. İlk üçlüyü 43 görüşdən sonra 89 xal toplayan “İpsviç” qapayır.

Aut.az

Exit mobile version