AUT.AZ

Salah Kloppla yaşadığı münaqişəni şərh etdi: Yanğın olacaq

“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqanın 35-ci turunun “Vest Hem”lə oyununda (2:2) baş məşqçi Yurgen Kloppla arasında yaşanan mübahisədən danışıb.

Aut.az xəbər verir ki, misili futbolçu hadisəyə bir cümlə ilə şərh verib. “Bu gün danışsam, yanğın olacaq” – deyə Salah bildirib.

Qeyd edək ki, 79-cu dəqiqədə Klopp eyni anda üç futbolçunu dəyişmək qərarına gəlib. Meydançaya çıxanlar arasında Məhəmməd Salah, Darvin Nunyes və Co Qomez olub. Futbolçular oyuna daxil olmaq üçün fit gözləyərkən Salahla Klopp arasında münaqişə yaşanıb.

Exit mobile version