AUT.AZ

Şahruddin “Qalatasaray”a qarşı oynadı?

Türkiyə Super Liqasında 34-cü turun oyunları davam edir.

Aut.az xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” doğma meydanda “Qalatasaray”ı qəbul edib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Məhəmmədəliyev bu matçda meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb.

34 turdan sonra 41 xal toplayan “Adana Demirspor” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Exit mobile version