AUT.AZ

Sabiq komanda yoldaşından etiraf: Messi ən yaxşı kapitan deyildi

“Barselona”nın sabiq yarımmüdafiəçisi İvan Rakitiç keçmiş komanda yoldaşı Lionel Messi haqda danışıb.

Aut.az xəbər verir ki, xorvatiyalı futbolçu “Football Espana”ya açıqlamasında argentinalı futbolçu barədə bu sözləri deyib:

“Messi tarixin ən yaxşısıdır. İstəsə, dünyanın ən yaxşı sol cinah müdafiəçisi ola bilərdi. Baxmayaraq ki, bəzən o, sizə nə edəcəyinizi deyən ən yaxşı kapitan olmasa da. Bu, unikal və başqalarından fərqli olduğuna görə idi”.

Qeyd edək ki, Rakitiç 2014-2020-ci illərdə “Barsa”da çıxış edib və klubla 4 dəfə İspaniya çempionu olub.

Exit mobile version