AUT.AZ

Ronaldo baş məşqçiyə belə təzyiq edirmiş

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Mançester Yunayted”də çıxış edərkən komandanın baş məşqçisi Ralf Ranqnikə şərtləri ilə diktə edib.

Aut.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Ronaldo Ranqnikə oyun vaxtı ilə bağlı göstərişlər verib. O, buraxacağı matç üçün heyətə salınmamasını tələb edərək, 5 matçdan 4-də oynayacağını təkid edib. Portuqaliyalı oynamayacağı oyunu ehtiyat oyunçular skamyasından yox, evdə izləmək istədiyini bildirib.

Qeyd edək ki, Ronaldo 2022-ci ilin noyabrına qədər “Mançester Yunayted”də çıxış edib. Daha sonra o, jurnalist Pirs Morqanla müsahibə zamanı klubu tənqid edib. Bundan sonra onunla müqaviləyə xitam verilib.

Exit mobile version