AUT.AZ

“Real”ı şoka saldı: Yüksək maaş tələb edir

“Real” qapıçısı Andrey Luninlə mövcud müqaviləni müddətini uzatmaq istəyir.

Aut.az “El Nacional”a istinadən xəbər verir ki, klub ukraynalı qolkiperin cari mövsümdəki çıxışını yüksək qiymətləndirir. O, bunun sayəsində “Bavariya”, “Mançester Yunayted”, “Milan” kimi klubların diqqətini də çəkib.

“Real” ukraynalının bu cür maliyyə tələblərini ödəmək niyyətində deyil. Hesab edirlər ki, bu, ikinci qapıçı üçün çox böyük puldur. Klub onun maaşını artırmağa hazırdır, lakin daha yaxşı məbləğdə. Eyni zamanda, Luninlə maraqlanan digər komandalar ona “Real”ın yeni müqaviləyə əsasən qapıçıya ödəməyə hazır olduğundan daha çox təklif edir.

Bu mövsüm Lunin “Real”ın heyətində 12 oyunda qapısını təmiz saxlayıb və qalan 16 oyunda 25 qol buraxıb.

Qeyd edək ki, Kurtuanın “Real”dakı illik məvacibi 15 milyon avrodur.

Exit mobile version