AUT.AZ

“Real”ı çempionatdan uzaqlaşdırsaq, rəqabət olacaq – Prezident

La Liqanın prezidenti Xavyer Tebas PSJ-nin hücumçusu Kilian Mbappenin “Real” gücləndirməsindən sonra İspaniya çempionatında rəqabətsizliyin yarana biləcəyi ilə bağlı iddialara münasibət bildirib.

Aut.az xəbər verir ki, Tebas bu haqda “Marca”ya danışıb.

“Real”ı çempionatdan kənarlaşdırsaq, rəqabət olacaq. Nə olacağını görməliyik.

Düşünürəm ki, “Real” müstəsna bir mövsüm keçirir. Ötən mövsümü xatırlasaq, ən çox xal toplayan “Barselona” olub. Hər şey dəyişir. Komandalara yeni oyunçular qoşulandan sonra daha yaxşı olub-olmayacağı bilinmir. Buna bir çox amillər təsir edir. Bu məni narahat etmir”, – deyə Tebas bildirib.

Xatırladaq ki, daha əvvəl mətbuatda Mbappenin artıq “Real Madrid”lə 2029-cu ilə qədər müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı.

Aut.az

Exit mobile version