AUT.AZ

“Real” prioriteti dəyişdi, onunla danışıqları dayandırdı

BANGKOK, THAILAND -AUGUST 30, 2015: the logo of Real Madrid football club on an official jersey on August 30, 2015 in Bangkok Thailand.

“Real” qarşıdan gələn yay transfer pəncərəsində “Bavariya”dan  Alfonso Deyvisi transfer etməkdə daha maraqlı deyil.

Aut.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Real” müdafiə xəttini gücləndirmək üçün prioritetlərini dəyişib. Rəhbərlik Deyvislə şifahi razılığa gəlsə də, “Lill”in mərkəz müdafiəçisi Leni Yoronu satın almağa keçid edib.

Xatırladaq ki, bu mövsüm Deyvis bütün turnirlərdə 31 matçda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.

Aut.az

Exit mobile version