AUT.AZ

“Real” fransızları xəbərdar etdi: Onu olimpiadaya buraxmayacaq

BANGKOK, THAILAND -AUGUST 30, 2015: the logo of Real Madrid football club on an official jersey on August 30, 2015 in Bangkok Thailand.

“Real” hazırda PSJ-də çıxış edən Kilian Mbappe ilə bütün lazımi məsələləri həll edib.

Aut.az xəbər verir ki, “kral klubu”nun şərtlərindən biri də fransız futbolçunun Parisdə keçiriləcək (26 iyul – 11 avqust) Olimpiadada iştirak etməməsidir. Bu barədə AS məlumat yayıb.

Mənbənin məlumatına görə, “Real Madrid” artıq Fransa Futbol Federasiyası ilə əlaqə saxlayıb və 25 yaşlı hücumçunun Olimpiya Oyunlarında iştirakına icazə verməyəcəyi barədə xəbərdarlıq edib. Bundan əlavə, “Los Blancos” komandasındakı bütün fransız futbolçuların Olimpiadaya getməsinə icazə verməyəcək.

“Real”ın planına görə, Mbappe iyulun sonundan etibarən ABŞ turnesi öncəsi dincəlmək üçün iyulun 14-də başa çatacaq Avropa çempionatından sonra istirahət etməlidir.

Aut.az

Exit mobile version