AUT.AZ

“Neftçi” klubu ilə problemi olan bu futbolçunu transfer edir – FOTOFAKT

“Neftçi” yeni transferə hazırlaşır.

Aut.az-ın məlumatına görə, “ağ-qaralar” son klubu Kipr təmsilçisi “Omonia” olan  Amoo Akinkunmini heyətinə qatmağa yaxındır. Nigeriyalı vinger 2 həftədən artıq müddətdir “ağ-qaralar”ın düşərgəsindədir. O, komanda ilə birgə məşqlərdə iştirak edir.

Ancaq “Neftçi” futbolçu ilə müqavilə imzalaya bilmir. Buna səbəb futbolçunun Kipr klubu ilə məhkəmə çəkişməsinin olmasıdır. Paytaxt klubu 21 yaşlı futbolçuya “Omonia” ilə problemini həll etməyi tapşırıb. Buna nail olarsa, onunla dərhal müqavilə bağlanacaq.

Amoo Akinkunmi karyerası ərzində Kipr təmsilçisindən başqa, ölkəsində “Sidos”un, İsveçdə “Hammarbü”nün, Danimarkada isə “Kopenhagen”in formasını geyinib. Bir vaxtlar böyük istedad, hətta Nigeriyada “kiçik Messi” hesab edilən futbolçunun transferinə görə “Kopenhagen” İsveç klubuna 4,3 milyon avro ödəyib.

Aut.az

Exit mobile version