AUT.AZ

MY dünya çempionu ilə yolları ayırır: Maaşına görə

“Mançester Yunayted”in müdafiəçisi Rafael Varan cari mövsümün sonunda müqaviləsi başa çatdıqdan sonra komandadan ayrılacaq.

Aut.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.

Mənbənin sözlərinə görə, mankunianlılar DÇ-2018-in sözləşməsində 2025-ci ilin yayına qədər müddətin uzadılması bəndinin olmasına baxmayaraq, müdafiəçi ilə əməkdaşlığı davam etdirməkdə maraqlı deyillər. Fransız futbolçu ilə ayrılmağın ehtimal olunan səbəbi klubun onun yüksək maaşından azad olmaq ehtiyacıdır.

Varan 2021-ci ilin yayından “Mançester Yunayted”də çıxış edir. Bu mövsüm müdafiəçi “qırmızı şeytanlar”ın heyətində bütün turnirlərdə 30 oyun keçirib və 1 qol vurub.

Aut.az

Exit mobile version