AUT.AZ

“Mercedes”in ona təklif etdiyi məvacib: Astronomik məbləğ

“Red Bull” pilotu Maks Ferstappenin “Mercedes”ə keçidi reallaşmaq üzrədir.

Aut.az xəbər verir ki, “F1-Insider”in məlumatına görə, Ferstappen mayın 3-dən 5-dək ABŞ-da keçiriləcək Mayami Qran Prisindən sonra “Mercedes” rəhbərliyi ilə görüşəcək.

Müqavilə 2025-ci ildən imzalana bilər və sürücünün maaşı bonuslar və xüsusi ödənişlər nəzərə alınmaqla təxminən 150 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Ferstappenin 26 yaşı var və son üç mövsümdə Formula 1 çempionu olub.

Aut.az

Exit mobile version