AUT.AZ

MBA-da 52 illik fenomenal nəticə təkrarlandı – VİDEO

Aprelin 26-na keçən gecə Milli Basketbol Assosiasiyasının pley-off matçında “Denver” səfərdə “Leykers”ə qalib gəlib (112:105) və birinci mərhələ seriyasında 3:0 önə keçib.

Aut.az xəbər verir ki, “nuggets” üçün matçın ən yaxşı statistikasını Aaron Qordon (29 xal, 15 ribaund), Nikola Jokic (24 xal, 15 ribaund, 9 asist), Camal Murray (22 xal, 9 asist) və Maykl Porter (20 xal, 10 ribaund) göstərib.

1972-ci ildən bəri ilk dəfə eyni komandanın üç oyunçusu (Jokic, Porter, Qordon) liqanın pley-off oyununda ən azı 20 xal, 10 ribaund və 3 məhsuldar ötürmə edib.

Bundan əlavə, “Denver”in tarixində dördüncü dəfə dörd oyunçusu pley-offda 20+ xal toplayıb. Əvvəllər bu, 2019, 1988 və 1984-cü illərdə baş verib.

Aut.az

 

Exit mobile version