AUT.AZ

“Liverpul” üçün ən uyğun məşqçi: Əfsanə onu məsləhət gördü

“Liverpul”un və İngiltərə millisinin sabiq müdafiəçisi Ceymi Karrager Yurgen Klopp komandadan ayrıldıqdan sonra “qırmızılar”ın “sükanı” arxasında hansı məşqçini görmək istədiyini açıqlayıb.

Aut.az xəbər verir ki, Karrager bu barədə “The Telegraph” üçün köşə yazısında bildirib.

“Çempionlar Liqasının finalında Pep Qvardiolanı məğlub edən Tomas Tuxel kimi birinə üstünlük verərdim. Tuxel Kloppdan sonra “Maynts” və “Borussiya Dortmund”da çalışıb və hər ikisində fərqlənib. Bəli, o, bu mövsüm Bundesliqada yaxşı çıxış etmədi, ancaq top menecerlərin uğursuzluğa necə reaksiya verdiyini başa düşmək üçün yalnız Karlo Ançelotti və Unai Emeriyə baxmaq lazımdır”, – Carrager yazıb.

Daha əvvəl məlum olmuşdu ki, “Liverpul” “Feyenoord”dan Arne Slotla danışıq aparır.

Aut.az

Exit mobile version