AUT.AZ

Konte razılaşdı: Bu komandaya rəhbərlik edəcək

“İnter”in və İtaliya millisinin sabiq çalışdırıcısı Antonio Konte “Napoli”yə rəhbərlik etməyə hazırdır.

Aut.az xəbər verir ki, “Rai Sport”un məlumatına görə, 54 yaşlı mütəxəssis illik 6,5 milyon avro maaşla 3 illik müqavilə imzalamağa razılaşıb.

Xatırladaq ki, Antonio Kontenin son iş yeri London “Tottenhem”i olub. İtalyan mütəxəssis 2021-2023-cü illərdə İngiltərə klubuna rəhbərlik edib. Məşqçilik karyerası ərzində Konte səkkiz titul qazanıb: beşi “Yuventus”, biri “İnter” və ikisi “Çelsi” ilə.

“Napoli” 2023/2024 mövsümü üçün İtaliya A Seriyasının turnir cədvəlində səkkizinci yerdədir. Komanda 33 oyundan sonra 49 xal toplayıb.

Aut.az

Exit mobile version