AUT.AZ

Başı daşdan-daşa dəydi, üzr istədi

“Sportinq”in baş məşqçisi Ruben Amorim  “Vest Hem”lə danışıqlar aparmaq üçün Londona getdiyi üçün azarkeşlərdən üzr istəyib.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində Amorimdən sitat gətirib.

“Səhv idi. Zamanlama tamamilə səhv idi. Futbolçularımdan həmişə hörmət göstərmələrini xahiş edirəm, amma kluba əvvəlcədən məlumat versəm də, bunu özüm göstərməmişəm. Çox üzr istəyirəm və azarkeşlərdən, klubdan və oyunçulardan üzr istəyirəm”, – Amorim bildirib.

Xatırladaq ki, daha əvvəl mətbuatda portuqaliyalı mütəxəssisin onun xidmətində maraqlı olan “Liverpul”a təzyiq etmək üçün “Vest Hem”lə danışıqlara başladığı haqda məlumat yayılmışdı. Mersisaydlılar bundan xəbər tutandan sonra Amorimin namizədliyindən imtina etdilər.

Aut.az

Exit mobile version