AUT.AZ

“Barselona” ÇL-in finalında

Qadınlar arasında Çempionlar Liqasının 1/2 final mərhələsində  “Çelsi” ilə “Barselona” arasında savab qarşılaşması olub.

Aut.az xəbər verir ki, oyun “Stamford Bric”də (London, İngiltərə) baş tutub. Görüşdə 2:0 hesabı ilə qalib gələn qonaqlar turnirin finalına yüksəliblər (ümumi hesabda 2:1).

“Barselona”nın yarımmüdafiəçisi Aitana Bonmati matçın 25-ci dəqiqəsində fərqlənib. Matçın 59-cu dəqiqəsində meydan sahibləri azlıqda qalıb: ikinci sarı vərəqəni alan müdafiəçi Kadişa Byukenan meydanı tərk edib. 74-cü dəqiqədə Kataloniya klubunun hücumçusu Fridolina Rolfe penaltini dəqiq yerinə yetirərək qonaqların üstünlüyünü iki topa çatdırıb.

Beləliklə, qadınlar arasında Çempionlar Liqasının finalında “Barselona” “Lion” – PSJ cütünün qalibi ilə qarşılaşacaq.

Aut.az

Exit mobile version