AUT.AZ

Arvadı ona deyibmiş ki, Alonsonun xarakteri varsa, “Bavariya”ya “yox” deyəcək

“Bavariya”nın fəxri prezidenti Uli Hönes “Bavariya”nın baş məşqçisi postuna namizədlərdən danışıb.

Aut.az xəbər verir ki, Hönes Alonsonun Münhen nəhənginə “yox” cavabı verməsinə də münasibət bildirib.

“Həyat yoldaşım Xabi Alonso haqqında dərhal dedi: əgər o, xarakterli insandırsa, “Bavariya”ya “yox” deyəcək,. Amma xaraktersizdirsə və razılaşarsa, belə bir məşqçiyə ehtiyacınız yoxdur. Həmişə olduğu kimi, o, haqlı idi.

Xabinin 2026-cı ilə qədər müqaviləsi var, nəzakətlə ona yaxınlaşdıq, xarakterli adam olduğu üçün imtina etdi. Heç yerə getmədi. Ona görə də o, “Bavariya”da işləmək üçün tələblərə cavab verir”, – deyə “Bavariya”nın fəxri prezidenti bildirib.

Hönesdən Ralf Ranqnikin Münhen klubuna rəhbərlik etməyə hazır olması və məşqçi axtarışında mövcud vəziyyət barədə soruşduqda , belə cavab verib: “Düşünürəm ki, qərar bir həftə ərzində veriləcək”.

Aut.az

Exit mobile version