AUT.AZ

“Arsenal”ın çempionluq mübarizəsini davam etməsinə icazə verə bilmərik”

“Tottenhem”in baş məşqçisi Aqne Postekoqlu maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 35-ci turunun mərkəzi matçında qarşılaşacaqları “Arsenal” barədə danışıb. Potsekoqlu “topçular”əı çempionluq yarışında büdrədəcəklərini bildirib:

“Qarşıdakı oyunun əhəmiyyətini başa düşürük. Anlayırıq ki, ən böyük derbidəki əsas rəqibimizin bizə qalib gəlməsinə və çempionluq titulu uğrunda mübarizəni davam etdirməsinə imkan verə bilmərik”.

Qeyd edək ki, sözügedən görüş aprelin 27-də saat 17:00-da keçiriləcək. Sona 4 tur qalmış lider olan “Arsenal” ehtiyatda bir oyunu olan “Mançester Siti”ni 1 xal qabaqlayır. Digər komandalardan 2 oyun az keçirən və 60 xalla beşinci sırada qərarlaşan “Tottenhem” isə Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparır.

Exit mobile version