AUT.AZ

Arda yeni mövsümdə “Real”da olmayacaq? – Ançelotti açıqladı

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti “Real Sosyedad” üzərində qələbədən sonra klubun 19 yaşlı cinah oyunçusu Arda Gülərin gələcəyi ilə bağlı danışıb

Aut.az xəbər verir ki, italyan mütəxəssis türkiyəli futbolçunun komandada qalacağını danışıb:

“Arda gələcəkdə bizim üçün çox vacib oyunçu olacaq. Onun növbəti mövsüm də burada olacağına şübhə yoxdur. gülər məşqdə özünü çox yaxşı çıxış etdiyi üçün oynamağa daha erkən başlaya bilərdi. Çox gəncdir, amma yavaş-yavaş bu komandada rolunun nə olduğunu öyrənəcək. O, keçirdiyi matçlardan daha çox qol vurur. Bu, onun hədiyyəsidir”.

Qeyd edək ki, bu mövsüm müxtəlif zədələr səbəbindən Arda Güllər “Real”ın heyətində cəmi 166 dəqiqə meydanda olub və 2 qol vurub.

Ardanın yeni mövsümdə icarə əsasında başqa bir klubda çıxış edəcəyi iddia edilir.

Exit mobile version