AUT.AZ

Agenti PSJ rəhbərliyinə bu xəbəri çatdırdı: “Barsa” onu 200 milyona da satmır

“Barselona”nın cinah oyunçusu Lamin Yamalın maraqlarını təmsil edən agent Jorje Mendes PSJ rəhbərliyi ilə görüşb.

Aut.az xəbər verir ki, Mendeş Kataloniya klubunun fransız nəhənginin 200 milyon avro ödəməyə hazır olmasına baxmayaraq, 16 yaşlı futbolçunu satmayacağını bildirib. Bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “mavi qranatlar” heç bir pul müqabilində Yamaldan ayrılmaq niyyətində deyillər. “Barselona” 16 yaşlı futbolçunun Kataloniya klubunun gələcəyi olduğuna inanır.

Xatırladaq ki, daha əvvəl mətbuatda PSJ-nin bu yay Paris klubunu tərk etmə ehtimalı yüksək olan hücumçu Kilian Mbappenin yerinə Yamalı transfer etmək istədiyi haqda məlumat yayılmışdı.

Bu mövsüm Yamal bütün turnirlərdə 44 matçda iştirak edib və 6 qol vurub, 8 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.

Aut.az

Exit mobile version