AUT.AZ

Kral onu sonuncu dəfə izləmək üçün gəldi

Bu gün Madriddə (İspaniya) Masters yarışının ikinci mərhələsi çərçivəsində 22 qat Böyük Dəbilqə çempionu ispaniyalı Rafael Nadal və dünyanın 11 nömrəsi avstraliyalı Aleks de Minaur arasında görüş keçirilib.

Aut.az xəbər verir ki, yarışın əsas meydançasında keçirilən görüşdə İspaniya kralı VI Filip iştirak edib. O, 2 ildən sonra torpaq kortlara qayıdan həmyerlisini izləmək üçün arenaya gəlib.

Bu yarış həm də Rafaelin aktiv karyerasında Madriddəki Masters turnirindəki sonuncu çıxışı olacaq. Görünür kral bu fürsəti əldən vermək istəməyib.

Xatırladaq ki, Nadal Barselonada (İspaniya) keçirilən sonuncu ATP-500 turnirində də çıxış etmişdi. O, ikinci raundda Aleks de Minaura uduzub.

 

Exit mobile version